RU

"Bizim bəzi xariclər isə antiqeyrəti, antinamusu boynuna alıb" - Mirşahin

Bura Azadlıq meydanıdır. Ən Yeni tariximizin çox böyük hadisələrinin baş verdiyi, bəzi mühüm proseslərin hətta planlaşdırıldığı tarix müstəvisi. Mən indi bu meydanda, asfalt üstündə dayanmışam. Amma bu asfalt örtüyün altında, bəlkə elə hardasa bu nöqtələrdə 1988-ci ildən qalma, 17 gün bizi ətrafına toplayan ocaqların külü yatır. Mən burda indi ona görəyəm ki, yenə sizə tariximizin qaranlıq guşələrini göstərim. Ona görə ki, ilk növbədə məhz biz, yaxın keçmişimizin şahidləri hər şeyi və hər kəsi adı ilə çağırmalıyıq. Və bunu ona görə etməliyik ki, Azərbaycanın ən yeni tarixini dərindən bilməyən, onu təhrif olunmuş şəkildə vikipediadan öyrənən yeniyetmə və gənc nəsil onlara danışılan nağıllara aldanmasın. Bugün meydana yenidən çıxan keçmiş siyasi meyidlərin xortlamazdan qabaqkı dövrünü doğru-dürüst xatırlatmaq-!!! ağlı başında, vicdanı üstündə olan şahidlərin tarix üçün edə biləcəyi ən böyük işdir. Məsələn, indi Azərbaycan dövlətinin prioritetlərindən biri yeni milli ideyamız olan Qərbi Azərbaycana qayıdışdır.

 

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV

 

Xüsusilə nəzərə alsaq ki, indiki Ermənistan ərazisi, demək olar ki, vaxtilə onun mütləq əksəriyyətini təşkil edən hissəsi azərbaycanlıların yaşadıqları tarixi torpaqlardır. Bu gün biz deyirik ki, 300 min Qərbi azərbaycanlı o bölgələrə qayıtmalıdır. Amma bütövlükdə o bölgədən çıxmış və bu gün Azərbaycanın müxtəlif bölgələrində yaşayanların və onların nəvələrinin, nəticələrinin sayı 300 mindən bir neçə dəfə çoxdur.

 

Mən bu sözləri dinləyir və eyni zamanda 1988-ci ili yadıma salıram. Bu meydanı. Burda böyük şair və ictimai xadim Bəxtiyar Vahabzadənin çıxışını. Gəlin baxaq tarixdən dəstək almaq nə deməkdir.

 

Bəxtiyar Vahabzadə bax burda dayanmışdı. İndi mənim dayandığım yerdə. Əlindəki vərəqləri silkələyərək, “mənim konkret təklifim var!” sözlərini də burda söyləyirdi. Qərbi Azərbaycanlıların hüquqları pozulanda, onların Ermənistandan, doğma, dədə-baba yurdlarından ayağı yalın, başı açıq qovulduğu o zamanlarda biz Moskvaya inanır, hələ də Lenin Milli siyasətinə uyğun rəftar tələb edirdik. Bəxtiyar Vahabzadəyə elə gəlirdi ki, Leninə istinad məsələnin həllinə kömək edəcək.

 

Bu kadrları mən tarixi dəlil, sübut kimi təqdim edirəm. Çünki burda olduqca qiymətli məlumatlar var. Kitabxana, dəftərxana, arxiv sənədləri deyil, hal şahidlərinin dilindən. O zaman Ermənistanda yaşayan azərbaycanlılara muxtariyyət tələb edirdik. İndi isə ilk işimiz İkinci Böyük Qayıdışımızı həyata keçirmək olacaq:

 

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV

 

Bundan sonra əlbəttə ki, bizim həm qeyri-hökumət təşkilatlarının, həm dövlətin fəaliyyəti ondan ibarət olacaq ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına, orada yaşadıqları kəndlərə, şəhərlərə qayıda bilsinlər və orada yaşasınlar. Bu, bütün beynəlxalq norma və prinsiplərə uyğun olan bir tələbdir.

 

Ona görə də bu tarixi missiyanın yerinə yetirilməsində bütün dünya Azərbaycanlıları dövlətlə birlikdə olmalıdırlar. Hər birimizin gözünün qabağında bu ağrı, məşəqqət yolu, insanların çarəsiz simaları, canlanmalı, qulaqlarımıza imdad, kömək diləyən səsləri gəlməlidir. Yəqin ki, gördüyünüz bu dərbədərlərin, doğma vətənindən qovulmuş didərginlərin böyük əksəriyyəti artıq sağ deyil. Amma miras qoyub getdikləri dərdlər indi də dipdiridir.

 

Bax bu gün bu meydandan baxıb ötən əsrin sonlarında baş verən hadisələri xatırlayanda 1993-cü ildə prezident olmuş, bütün erməni-faşist hərəktının əsas ideoloqu, lideri Levon Ter-Petrosyanın bu günlərdə faş olmuş etirafı da pazl kimi yerinə oturur. Yaxşı yadımdadır, o zaman ermənilər birdən-birə Bakını tərk etməyə başladılar. Sovet İrəvanı, Sovet Moskvası bu köçə görə Bakını günahlandırırdı. Azərbaycan rəsmiləri isə and-aman edirdilər ki, erməniləri Bakıdan biz köçürmürük. Bu onların könüllü seçimidir. Əksinə, biz müraciət edirik ki, qalsınlar. Ermənilər isə paytaxt da daxil olmaqla Azərbaycandakı mülklərini, mənzillərini satıb vidalaşıb gedirdilər. Gedirdilər. Rəy yaratmağa, dünyaya haray salmağa. Eyni zamanda da azərbaycanlıları dədə-baba yurdlarından Ermənistanda qovurdular. O zaman Sovet İnformasiya məkanında “mnoqostrdalnaya Armeniya ifadəsi” ən populyar söz birləşməsi idi. Ter-Petrosyanın bugünlərdə yırtılmış arxivi, maskası da demək olar,-bu prosesin hələ 37 il əvvəl planlaşdırıldığını üzə çıxardı.

 

ERMƏNİSTANIN PREZİDENTİ (1993-CÜ İL) LEVON TER-PETROSYAN

 

Azərbaycandakı 500 min nəfər öldürülməsə də, ən yaxşı halda girov götürüləcəkdilər.Bu onlar üçün Ermənistanı diz çəkdürmək üçün ən vacib fürsət olacaqdı. Bütün hallarda ermənilər xilas oldular. Onların böyük bir hissəsi- minimum 300 min nəfər Ermənistanda sığınacaq tapdı.

 

Hörmətli tamaşaçılar, bunu yadda saxlayaq. İndi isə Sizə başqa bir xitabı xatırlatmaq istəyirəm. Bu nida, bu çağırış Prezident İlham Əliyevin demək olar ki, bütün tarixi müraciətlərindən keçir. Məsələn Şuşanın azad edilməsi münasibətilə edilən müraciəti yadımıza salaq:

 

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV

 

“Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!

 

Dünya azərbaycanlılarının Şuşa zirvəsi isə Azərbaycanın tarixi boyu əldə etdiyi ən böyük qələbənin bütün soydaşlarımıza elan edildiyi platforma olmuşdu. Burda biz həm də dünyadakı hər birimizin etməli olduğu strateji tapşırıqları da aldıq.

 

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV

 

Bizim xaricdə yaşayan gənc azərbaycanlılarımız həm İkinci Qarabağ müharibəsinin tarixini yaxşı bilməlidir, həm də bu həqiqətləri öz dostlarına çatdırmalıdırlar. Yəni, bir sözlə, xaricdə yaşayan azərbaycanlılar böyük qüvvədir. Onların fəaliyyəti ölkəmiz üçün çox önəmlidir. Onların fəallığı və Azərbaycan həqiqətlərinin çatdırılması, Azərbaycan maraqlarının müdafiə edilməsi, əlbəttə ki, bizim dövlətimizi daha da gücləndirir.

 

 Vicdanlı dünya azərbaycanlıları bu xətt ətrafındadır. Onlar Azərbaycanın bərpa etdiyi ərazi və qürur bütövlüyünü yaşadıqları ölkələrdə fəxrlə nümayiş etdirirlər.

 

Amma qələbəyə, milli qürura müxalifətdə olan birovuclar, vətəni fərariliyə dəyişənlər, sadəcə satqınlar da var və onlar xarici xüsusi xidmət orqanlarının qabağndan qalanlarla dolanırlar. Onlar Azərbaycana dəstək vermək, əlində olan imkanlardan milli maraqlar üçün istifadə etmək əvəzinə düşmən tərəfə keçiblər. Mən bunu həm də ona görə xüsusi qeyd edirəm ki, məqsədim paralel aparmaqdır. Uzun illərdir ki, ermənilər öz manyakal Böyük Ermənistan ideyasını mövcud olduqları bütün ölkələrdə məhz erməni lobbisi, diaspora vasitəsi ilə yayırlar. Onların Kim Qardaşyanı da, Şarl Aznavuru da eyni havadadır: antitürk, antiazərbaycan. Bizim bəzi xariclər isə antiqeyrəti, antinamusu boynuna alıb. Biri beləcə Şuşaya lağ edir:

 

Bir başqa azərbaycanlı, daha doğrusu azərbaycansız Ermənistanın işığa doğru yol getdiyini iddia edir.

 

Xarici xüsusi xidmət qucağında oturan bu bir ovuc siyasi artıq-urtuq məsələn Avropa İttifaqında Azərbaycan əleyhinə qəbul edilmiş sənədə sevinir.

 

Bir başqa antimilli şərəf çatışmazlığından əziyyət çəkən belə deyir:

 

Bu məxluqun sponsoru və xarici kəşfiyyata xidmət üzrə tərəf-müqabiliisə həyasızcasına üzə durur:

 

Sonra belələri üçün bir axur tapılır, onlar başlarını müəyyən edilmiş səmtlərə uzadaraq təklif olunan yem qarşısında birlik nümayiş etdirmək həvəsinə düşürlər.

 

Bəzən isə bu gördüyünüz canlılar dəyişə də bilir. Məsələn, siz vəfalı dostların ifasında belə bir əsər də görə bilərsiniz.

 

Beləliklə, sizə bir təmsildən parçalar oxumaq istəyirəm. Doğrudur, bu meydanda o zamanlar adətən alovlu vətənpərvər şeirlər səslənərdi. Təmsil oxunması yadıma gəlmir. Amma qoy bu dəfə təmsil də olsun. Xəlil Rzanın ruhu bizi bağışlar. Krılovun məşhur “Sazəndələr” təmsili var. Şeir belə başlayır. “Dəcəl Meymun, çolaq Ayı, çəp Keçi, Bir ulağa yoldaş oldu hər üçü”. Təmsildə məzmun bundan ibarətdir ki, heyvanlar iki tar və iki kaman tapırlar. Nəğmə çalmaq istəyirlər. Nə illah edirlər alınmır ki, alınmır. Məsələn, meymun elə bilir ki, problem oturmaqdadır: Meymun dedi: - Bir dayanın, qardaşlar, Bu növ ilə oturmazlar, yoldaşlar! Kaman çalanlar üz-üzə otursun, Qoy tarçılar qalxıb ayağa dursun. Belə edirlər, alınmır. O zaman “Eşşək bağırır: - Qardaşım! Toxta, dur; Mən duymuşam illətini, bax budur: Bizim böylə oturmamız qələtdir, Cərgə ilə duraq, о məsləhətdir. Tabe oldu tamamisi ulağa. Amma yenə səs getmədi uzağa… Bir sözlə heç nə alınmır, təsadüfən ordan keçən bülbüldən məsləhət istəyirlər. Bülbül dedi: - Bunlar ilə kar aşmaz,Bu baş-qulaq kamançaya yaraşmaz. Musiqi - bir zövq istəyir bu sənət, Bir də gərək elmlə qabiliyyət. Sizdə ki yoxdur bunlardan bir əsər, Boş yerə zəhmət çəkməyin, müxtəsər. Əslində isə, adına görə xalqdan üzr istəyirəm əlbəttə, amma xaricdə iki kaman və iki tar tapıb nəğmə çalmaq istəyən fərarilərin Xalq Parlamenti yaratmaq cəhdinə bundan yaxşı bənzətmə tapa bilmədim. Öz avantüralarına artıq ilk qurban da veriblər. Bir iştirakçının beyninə qan sızıb. Buyurun, öz aləmlərində guya azad parlament nümunəsi yaradırmışlar. Faciə baş verir. Bu ansamblın üzvü, başqa bir fərari-Abid Qafarov yazıb ki, Azərbaycan Xalq Parlamenti adı ilə keçirilən ilk iclasda Tural Sadıqlının Leyla Məmmədova adlı bir xanıma kamerasını açmaq üçün etdiyi təzyiq nəticəsində.

 

Bax bu təzyiq nəticəsində qadının beyninə qan sızıb, ailəsi tərəfindən xəstəxanaya aparılıb və keçinib. İndi isə bu kiçik çarxa baxaq. Dünənədək bir yerdə nəğmə çalmaq istəyən dəcəl meymun, çolaq ayı, çəp keçinin ilk klipidir.

 

Baxın QardaşyanKimdir? “Dırnaqarası qardaşlar” Kimdir. Qardaşyanın ombası hara, bunların başı hara:? Bax bunlar Azərbaycanı xaricdə belə təmsil edirlər. Təmsil edirlər! Krılovun təmsilindən! Azərbaycan Ermənistana, onun beynəlxalq havadarlarına qalib gələndən sonra uduzmuş Qərb yalnız belə başı və beli boşlara bel bağlayır. Onlara və Azərbaycanın içindəki bir-iki özgələrinə. O özgələr ki, doğrudan da özgədirlər. Bizimlə eyni ölkənin havasını, suyunu udsalar da. Onlar arasında 82 yaşlısı da var. Ahılı da, gənci də. Başlayaq 82 yaşlıdan. Rəhim Qazıyev. Soyadı qazilərdən iraq.

 

Ağlınıza başqa şey gəlməsin. Sabiq müdafiə nazirini vurub qaçan keçmiş kürəkənidir. Yeri gəlmişkən, onu da deyim ki, belə sui-qəsd layihələri kürəkən səviyyəsindən daha ciddi müstəvilərdə də baş verib. Məsələn, Gəncədə Tahir adlı rəngsaz-rəssam var. Onun Rusiyada yaşayan qardaşını Azərbaycana gətizdirib Şuşada Rəhim Qazıyevə sui-qəsd etmiş biri kimi təqdim etmişdilər. Guya qəsd Ermənistan Xidmət Orqanlarının planı əsasında həyata keçirilib. Əslində isə məqsəd ictimaiyyətin gözündə Qazıyevi qəhrəmanlaşdırılmasına nail olmaq idi. Təbii ki, bütün bunlar Moskvanın öz adamına etimad yaratmaq planlarının bir hissəsi idi. Elə Polyaniçkoya da Şuşada oxşar qəsd təşkil edilmişdi. Rusiya öz canişininə etibar qazandırmaq üçün vaxtaşırı belə tryuklara əl atırdı. İndi isə eks kürəkən qapazaltısından, qondarma sui-qəsd oyunbazlıqından yox, daha ciddi mövzulardan danışaq. Məsələn, bu məşhur müsahibəni ondan mən almışdım.

 

“Hakimiyyəti almalıyam mən ələ”

 

Bəli. O hakimiyyəti ələ keçirməliydi. Amma 1992-ci ilin may ayında o cibindəki kağızları qarışdırmasaydı. Qazıyev tribunada özünü rəhbər elan etməli və hərbi çevrilişlə Azərbaycanın taleyini Yeltsin Rusiyasına bağlamalı idi. Amma çaşdı. Başqa kağızı oxudu. Şuşaya, Laçına görə başına güllə vurmaq-vurmamaq söhbəti isə onun bu xalqa, bu dövlətə qarşı etdiklərinin yanında çooox kiçik məsələdir. Məsələn, keçmiş nazirin tez-tez öyündüyü Rusiya qoşunlarını guya Azərbaycandan onun çıxarması barədə dediklərinin əslində nədən ibarət olduğunu yaxşı xatırlayanlar var. Rəhim Qazıyevin Rusiyanın qol çomağı olmasını. Onu ancaq biz belə görmüşük. İşlədiyi, qulluq göstərdiyi qüvvələri, ünvanları gizlətməyi yaxşı bacarırdı. Amma Gəncədə özünü ələ verdi. Şerbakın yanında Şəki pitisinə dönmüşdü. Siz adətən kadrları buradək görürsüz.

 

Amma davamı da var. Baxın bu kadrlarda o necə əzilir, necə büzülür. Şerbakın yanında. Rusiya hərbi hava qüvvələrinin komandiri general Şerbakın.

 

Və indi bu adam Azərbaycanda guya rusdilli məktəblərin, ümumiyyətlə Rus dilinin əleyhinə çıxır. Bütün vücudu ilə Yeltsin Rusiyasına xidmət edən, onların burda nəinki general-qubernatoru, hətta leytenantları belə olmağa hazır olan, nazir işlədiyi dövrdə əldə etdiyi vəsaitlə yaxın qohumlarına Moskvada iş quran bir adam... Və rusiyanın, rus dilinin əleyhinə. Yə yəni doğrudanmı elə başa düşür ki, vikipediada özünə quraşdırdığı tərcümeyi-hal ona məxsusdur?! Gəlin yenidən tanış olaq. Rəhim Qazıyev Xalq hərəkatına sovet hökumətinin himayəsi altında daxil edilib. Onun Ayaz Mütəllibov vasitəsilə Rusiyanın müxtəlif, o cümlədən hərbi dairələri ilə əlaqələr qurmaq və inkişaf etdirmək planı varıydı. Nəticədə Qazıyev Rusiyanın müdafiə naziri Pavel Qraçovun adamına döndü, onun barmaqlarında halqaya çevrildi. Əslində elə hakimiyyəti də Moskvanın iradəsi ilə ələ keçirməliydi.

 

Qazıyev müdafiə naziri vəzifəsində olduğu dövrdə yaxın ətrafına, qohumlarına gün ağlamağı da bacardı. Çünki Müdafiə Nazirliyini özünün tamah və mənimsəmə alətinə çevirmişdi. Onunla eyni dövrdə iqtidarda olmuş şəxslərin, Arif Hacıyev və İsgəndər Həmidovun bu etirafları yəqin ki sizə maraqlı olar:

 

Belə. Bunlar onun komanda yoldaşlarının etirafıdır. İndi isə Ermənistanın Prezidenti olmuş Robert Koçaryanın çıxışını eşidək. Nə qədər acınacaqlı olsa da, vəfat etmiş bir adam, Əbülfəz Elçibəy haqqında bu ifadələri eşitmək nə qədər xoş olmasa da. Amma tarixdir. Burda hər kəsin əməli rəngsiz görünməlidir.

 

ERMƏNİSTANIN KEÇMİŞ PREZİDENTİ ROBERT KOÇARYAN

 

"Azərbaycan indi bizim 90-cı illərdə üzləşdiyimiz birisi ilə qarşı-qarşıyadır. Paşinyan bizim üçün Elçibəy kimidir. O vaxt Elçibəy hakimiyyətdən gedərkən mən çox məyus olmuşdum. O, həqiqətən də bizim üçün Allahın bir lütfü idi".

 

Rəhim Qaziyev bir yandan özü Rusiyada möhkəmlənirdi, eyni zamanda isə Azərbaycanda talan vasitəsilə əldə etdiyi sərvətləri bu ölkəyə çıxarırdı. İndi Rusdilli məktəblərin, Rusiyanın, rusdilinin əleyhinə guya çıxan bu adamın bacısının əri, İsmayıllının ucqar kəndindən olan və Moskvada tələbə həyatı yaşıyan Nazim Dəmirov 1992-ci ildə, elə sonralar da Bakıdan göndərilən pulları idarə edirdi. Bəlkə vəsaitlərin Rusiyada hansı banka yatırıldığını da xatırladaq. Print Bank. Bu bank vasitəsilə alınan evlər, villalar, obyektlər... onların dili yoxdur? Ya rusdilində danışa bilmirlər?!!! Düzdür, Dəmirov sonradan dələduzluq üstündə həbs edildi. Amma ziyan artıq dəymişdi. Və bütün bunlar məhz o zaman baş verirdi ki, Elçibəy insanların çörəklə imtahana çəkildiyindən acizanə surətdə danışmağa məcbur idi...

 

Elçibəy burda həm də Rəhim Qazıyevdən bəhs edir. O Qazıyevdən ki, sonralar vətənə xəyanət ittihamı ilə axtarışa verilərək Rusiyada, öz himayədarlarının bütün qoruq-qaytaqlarına baxmayaraq həbs edildi və Bakıya gətirildi...

 

Rəhim Qazıyevin həbsdə olduğu müddətdə əsas müdafiəçisi kim idi bəs? Əlbəttə xaricdə ermənilər, daxildə isə Leyla Yunus kimi erməni-fransız agenti... Mən artıq neçənci dəfədir ki, bu meydanı, studiya olaraq seçirəm. Çünki dilimzdə, bu meydan, bu da şeytan deyimi də var. Şeytanların, şeytançılıqların ən ayın göründüyü məkan da elə burdadır. Yalan danışırlarsa, bu müqəddəs məkanda təkzib edilməlidir. Çünki texnologiyalar o qədər inkişaf edib ki, xüsusilə gəncləri, yeniyetmələri aldatmaq çox asan olub. Məsələn, biz bir zamanlar bu meydanda vətən naminə, millət naminə, azadlıq naminə din adamlarından da dualar eşitmişik...

 

Meydana yığılan onminlərlə insan müstəqillik istəyirdi. Və o dualar hansısa məzhəbçi qonşunun vassalı olmaq istəyən bəzi birovuc dindarın bu gün faş olan mahiyyətinə əsla yaxın deyildi. Bəzən özünü dünyəvi göstərən, əslində isə hara bağlı olduqlarını əla nümayiş etdirən Əfqan Muxtarlı kimi metisəqidələri bu meydanda nümayiş etdirmək lazımdır. Onu və onun kimi saqqalaltıları müstəqil Azərbaycan dövləti yox, nə olursa-olsun, hansı qoltuq altı olursa olsun, orda baş girləmək hətta Taleh Bağırzadə kimi İran adamlarını belə müdafiə etmək düşündürür. Biz hələ o zaman deyirdik ki, bunlar bir yerdədirlər, qiblələri də birdir, əyildikləri, təzim etdikləri də və onların səcdəsinin haqqa. Gerçək Allaha dəxli yoxdur. Ba qoyduqları möhür isə. Xüsusi xidmət sənədlərini təsdiqi kimi qoyulan möhürdür.

 

Və ya Azər Qasımlı. Azərbaycanın bu saat bütün dünyada öz müstəqilliyini, minlərlə şəhid qanı hesabına qazandığı qələbəni müdaiə etdiyi, böyük güclərə qarşı əsil müqavimət hərəkatına başladığı bir zamanda belələrinin öz həbs səbəblərini siyasiləşdirmək cəhdləri xalqı istiqlal mücadiləsindən yayındırmaq təşəbbüsündən, dövləti gözdən salmaq cəhdindən, Qərbin müəyyən dairələrinə yarınmaqdan, yaltaqlanmaqdan başqa bir şey deyil. Azər Qasımlı yazır: «Həbsimin siyasi sifariş əsasında həyata keçirildiyini hər kəs bilir və anlayır!”. Mən isə deyirəm. Xeyr! Yox! Hər kəs elə bilmir və elə anlamır. Əksinə hamı bilir və anlayır ki, Azər Qasımlının həbsində siyasət yox, kriptovalyuta qoxusu var...

 

Və sizi Azər müəllim, Cinayət Məcəlləsinin 182.2.3 - hədə-qorxu ilə tələb etmə - zor tətbiq etməklə törədildikdə - maddəsi ilə həbs ediblər. Adınız Azərdir. Heç olmasa, bunun məsuliyyətini dərk edin. Adınıza layiq olun. Biz azərbaycanlı olmalıyıq. Bu isə yalnız Azərbaycanla olmaqla mümkündür. Azad Azərbaycanla. Müstəqil Azərbaycanla.

 

Tarix: 15 Yanvar 2025, 10:52   
Избранный
2
pravda.az

1Источники