ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp əmindir ki, Vaşinqton Çinlə münaqişədən qaça biləcək.
Teleqraf.com xəbər verir ki, bunu Trampın milli təhlükəsizlik müşaviri Mayk Uols deyib.
Onun sözlərinə görə, ABŞ və Çin arasında münasibətlərdə çoxlu sayda problemlər var.
“Bütün bunları həll etmək çətindir. Ancaq bizi ruhlandıran odur ki, Donald Tramp Çinlə münaqişədən qaça biləcəyimizə inanır, çünki onların bizim bazarlarımıza ehtiyacı var. Biz bu üstünlükdən milli maraqlarımıza uyğun şəkildə istifadə edəcəyik”, – Uols bildirib.
Müəllif: Qənirə Süleymanova