İspaniyanın "Sevilya" komandasında çıxış edən "Kike" ləqəbli ispaniyalı müdafiəçi Enrike Xesus Salas mərc oyunlarında saxtakarlıq ittihamı ilə saxlanılıb
İspaniya mətbuatında çıxan xəbərlərdə Kike Salasın keçən il oynadığı bəzi matçlarda sarı vərəqə aldıqdan sonra futbol mərc oyunlarında haqsız qazanc əldə etmək üçün iki dostu ilə anlaşdığı iddia edilib.
Salasın ötən mövsüm 9 matçda 7 sarı vərəqə aldığı və ittihamların hələlik yalnız mövsümün sonundakı matçlarla bağlı olduğu qeyd edilib.
Bildirilib ki, ona qarşı aparılan istintaq çərçivəsində bu gün Sevilya şəhərində saxlanılan ispaniyalı futbolçu ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
“Sevilya” klubu və Kike Salas iddialarla bağlı hələlik açıqlama verməyib.
İtaliyanın "Latsio" klubunun transfer siyahısında olduğu iddia edilən 22 yaşlı Salas dekabrda "Sevilya" ilə müqaviləsini 2029-cu ilin iyununa qədər uzadıb.