Azərbaycanda daha bir nəfər xəstəlikdən ölüb.
Bakupost.az xəbər verir ki, hadisə Saatlı rayonunda qeydə alınıb.
Saatlı şəhər sakini, 2004-cü il təvəllüdlü Pərvanə Xəyalqızı qızdırma və öskürəklə rayon xəstəxanasına yerləşdirilib.
Həkimlərin müdaxiləsinə baxmayaraq Pərvanə vəfat edib.
İlkin olaraq onun kəskin ağciyər çatışmazlığından öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.