RU

“Yapı Kredi Bank Azərbaycan” mənfəətini cüzi artırıb

“Yapı Kredi Bank Azərbaycan” QSC 2024-cü ili 12,375 milyon manat xalis mənfəətlə başa vurub.

Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,1% çoxdur.

2023-cü ildə bankın mənfəəti 12 milyon 2 min manat olub. Ötən il ərzində “Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri 72,07 milyon manat olub ki, bu da illik müqayisədə 22,8% çoxdur. 
2023-cü ildə bankın gəlirlərinin dəyəri 58 milyon 708 min manat olub. 

Bank hesabat dövründə xərclərinin dəyəri 52 milyon 295 min manat olub ki, bu da illik müqayisədə 21,8% çoxdur. 2023-cü ildə “Yapı Kredi Bank Azərbaycan”ın xərclərinin həcmi 42 milyon 925 min manat olub. 

Bu il yanvarın 1-nə “Yapı Kredi Bank Azərbaycan”ın aktivləri 730,363 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 41,9% çoxdur. Bunun 289,753 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Bankın verdiyi kreditlərin dəyəri 2023-cü illə müqayisədə 10,6% artıb.
2023-cü ildə bank müştərilərə 291,777 milyon manat xalis kredit verib.

Nara

Избранный
7
valyuta.az

1Источники