"Qarabağ"dan "Flamenqo"ya transfer edilmək üzrə olan Juninyodan yeni xəbər var.
"Football-plus.az" "Globo"ya istinadla bildirir ki, futbolçu dünən səhər saatlarında Braziliya klubunda tibbi müayinədən keçib və müqavilənin imzalanmasına mane olacaq hansısa məqam üzə çıxmayıb. Sənədlər yekun təsdiq üçün klubun ABŞ-dəki nümayəndə heyətinə göndərilib. Hücumçu tezliklə Uruba şəhərinə yollanacaq və Amerikada təlim-məşq toplanışı keçən komandasının vətənə qayıtmasını gözləyəcək.
Juninyonun yeni klubunda debüt edəcəyi vaxt da məlum olub. Belə ki, o, yanvarın 25-də "Volta Redonda"ya qarşı keçiriləcək matçda meydana çıxacaq. Yəni futbolçu komandasının heyətində ilk üç rəsmi görüşü buraxmalı olacaq. Bunun səbəbi haqda konkret bilgi yoxdu.
Yeri gəlmişkən, dünən Juninyo ilə müqavilənin 3 il müddətinə imzalanacağını tirajlayan "Globo" bu gün fərqli iddiayla çıxış edib. Braziliya nəşri futbolçunun qarşıdakı 4 il ərzində "Flamenqo"da tər tökəcəyini tirajlayıb.
Xatırladaq ki, "Flamenqo" bu hücumçuya görə "Qarabağ"a hissə-hissə olmaqla 5 milyon avro ödəyəcək. Bu məbləğin 750 min avrosunun oyunçunun sabiq klubu "Şaviş"ə çatacağı bildirilir.
KƏNAN BAHADIR
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта