RU

Pezeşkian: ABŞ və ya İsrail hücum edərsə, İran cavab verəcək...

İran hərbi münaqişəyə can atmır, lakin ABŞ və ya İsrail onun ərazisinə hücum edərsə, cavab verəcək...

Poliqon xəbər verir ki, bunu İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian NBC News telekanalına müsahibəsində bildirib.

Aparıcı İranın nüvə proqramını pozmaq üçün ABŞ və İsrailin müzakirə etdikləri zərbəyə Tehranın reaksiyasının necə olacağını soruşub.

“Biz istənilən hərəkətə cavab verəcəyik. Biz müharibədən qorxmuruq, amma onu axtarmırıq”, deyə cavabında Pezeşkian bildirib.

İran prezidenti əlavə edib ki, o, müharibənin baş verməyəcəyinə ümid edir.

“Mən həqiqətən ümid edirəm ki, bu müharibə baş verməyəcək, çünki bu, təkcə bizə deyil, münaqişənin bütün iştirakçılarına zərər verəcək”, deyə Pezeşkian qeyd edib.

Poliqon.info

Избранный
1
1
poliqon.info

10Источники