Ötən il ərzində Azərbaycanda hasil edilən neft (kondensatla birlikdə) 3,64 faiz azalaraq 29,1 milyon ton olub.
Energetika Nazirliyindən FED.az-a bildirilib ki, hasilatın 16,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 4,2 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,6 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 7,5 milyon ton təşkil edib.
2024-cü ildə 24,4 milyon ton neft (kondensat ilə birlikdə) ixraca nəql olunub. Bunun 21 milyon tonu konsorsiumların, 2,8 milyon tonu SOCAR-ın, 0,6 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. Neftin emalı ötən il ərzində 5,8 milyon ton təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 10,7 faiz azalma deməkdir.
Qeyd edək ki, 2024-cü ilin dekabr ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 80 milyon 776 min ton (609 min barel) olub. Bunun 65 milyon 987 min tonunu (487 min barel) xam neft, 14 milyon 789 min tonunu (122 min barel) kondensat təşkil edib.