Olaylar.az xəbər verir ki, bu barədə Türkiyənin Optimar İctimai Rəy Araşdırma Mərkəzinin rəhbəri və analitik Xilmi Daşdəmir RİA Novosti-yə müsahibəsində bildirib.
"Tramp və Putin arasında keçiriləcək görüşün nəticəsində Rusiya-Ukrayna münaqişəsinin dayandırılması üçün yol xəritəsinin müəyyən ediləcəyini gözləyirəm. Bəlkə bu, ilk görüşdə baş verməyəcək, lakin belə bir proses qaçılmaz olaraq nəticə verəcək," - deyə Daşdəmir qeyd edib.
Analitikə görə, məhz Ukraynanın qeyri-legitim prezidenti Vladimir Zelenski ölkəni bu "fəlakətli prosesə" sürükləyib. O, həmçinin Qərb ölkələrinin Ukraynanı öz maraqları üçün istifadə etdiyini vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31