Dekabrın 28-də DEM Partiyasının İmralıda PKK terror təşkilatının lideri Abdullah Öcalanla görüşündən sonra onun ömürlük həbsdən ev dustaqlığına buraxılacağı haqda söz-söhbətlər artıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, dünən bir qrup AKP millət vəkili ilə səhər yeməyində görüşən prezident Ərdoğan bu söz-söhbətlərə münasibət bildirib.
Məlumata görə, o, görüşdə “Öcalan ev dustaqlığına çıxarılacaq?” sualına belə cavab verib: "Ev dustaqlığı-falan deyilən bir şey yoxdur. Adamın özü də zatən çıxmaq istəmir. Bunlar haradan çıxır? Əfv a deyilən bir şey yoxdur. Hələ uşaq qatilinə əsla əfv olmaz".
Türkiyəli məşhur jurnalist Abdulkadir Selvinin sözlərinə görə, prezident Ərdoğan bu sözlərdən sonra ədliyyə naziri Yılmaz Tuncaya çevrilərək deyib: “Bunları xalqa çatdırın, izah edin”.
Lamiyə Əhmədli
MİA.AZ