NATO ölkələri Baltik dənizinin neytral sularında bütün gəmilərin hərəkətinə nəzarət etmək istəyir.
KONKRET.az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk bildirib: “Bütün görüş iştirakçıları və NATO-nun baş katibi razılaşdılar ki, mühafizə təkcə ərazi sularında deyil, həm də ondan kənarda da aparılsın. Biz həm də Baltik dənizinin ortasında olan gəmilərə nəzarət etmək istəyirik”.
Vəli Həsənoğlu,
KONKRET.az