RU

Fransalı tanınmış mütəxəssis “Beşiktaş”da işləməyə razılıq verib

Bakı, 15 yanvar, AZƏRTAC

Fransalı tanınmış mütəxəssis Rudi Qarsiya “Beşiktaş”da işləməyə müsbət yanaşır.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

60 yaşlı çalışdırıcı “Beşiktaş”a gəlməyə hazır olduğu bildirilib. İstanbul klubunun rəhbərliyi Qarsiya ilə yanaşı, xorvatiyalı Niko Kovaç və almaniyalı Rocer Şmitlə də danışıqlar aparır.

Qeyd edək ki, Rudi Qarsiya son olaraq Fransanın “Marsel” komandasında işləyib.

 

Избранный
9
2
azertag.az

3Источники