RU

Ombudsman beynəlxalq təşkilatlara azərbaycanlıların Ermənistandan qovulması ilə bağlı çağırış edib

Bakı. Trend:

300 minə yaxın azərbaycanlının indiki Ermənistan ərazisindənqovulması dünyada presedenti olmayan ədalətsiz qərar kimipislənilməli, onların ləyaqətli və təhlükəsiz qayıdış hüquqununtəmini daim beynəlxalq ictimaiyyətin diqqətində olmalı, buvəziyyətin davam etməsi beynəlxalq sülh və təhlükəsizliyə təhdidkimi qəbul edilməlidir.

Trendxəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsanHüquqları üzrə Müvəkkili Səbinə Əliyeva beynəlxalq təşkilatlar,xarici ölkələrin ombudsmanları və milli insan hüquqlarıtəsisatlarına açıq məktubunda bildirib.

Ombudsmanın həmin təsisatları sözügedən problemin ədalətlihəllinə nail olmaq məqsədilə aşağıdakı məsələlərlə bağlı qətiaddımlar atmağa çağırıb:

1. Ermənistanın sabiq prezidentinin etiraflarında yer alandəhşətli faktların araşdırılması istiqamətində beynəlxalq səviyyədətəsirli tədbirlərin görülməsi;

2. Ermənistan tərəfindən azərbaycanlılara qarşı irqi vəetnik-dini zəmində ayrı-seçkilik səbəbindən törədilmiş soyqırımıaktlarının tanınması, etnik təmizləməyə və deportasiyaya məruzqalmış soydaşlarımızın Qərbi Azərbaycana (indiki Ermənistana) - öztarixi ata-baba torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışınıntəmin olunması, beləliklə də onların pozulmuş hüquqlarının tezlikləbərpa olunmasına dəstək göstərilməsi;

3. İndiki Ermənistandan qovulmuş azərbaycanlıların öz tarixiyurdlarına qayıdışı həyata keçirildikdən sonra onların beynəlxalqhüquq normalarında təsbit olunmuş bütün fundamental hüquq vəazadlıqlarının qorunmasına təminat verilməsi;

4. Azərbaycanlılara məxsus mülkiyyətin, o cümlədən müxtəliftəyinatlı torpaq sahələrinin sahiblərinə geri qaytarılması, onlaravurulmuş zərər və mülkiyyətdən istifadənin qarşısının alınmasısəbəbindən yaranmış itkilərlə əlaqədar kompensasiya ödənilməsi,mülkiyyət hüququnun bərpasından irəli gələn bütün xərclərinqarşılanması və digər zəruri tədbirlərin görülməsinin Ermənistanhökuməti tərəfindən təmin edilməsi;

5. İndiki Ermənistan ərazisində və işğal dövründə AzərbaycanınQarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisindəazərbaycanlılara məxsus mülklərin, tarixi-mədəni və dini abidələrinErmənistan tərəfindən dağıdılması, talan edilməsi, mənimsənilməsi,mənşəyi və təyinatının dəyişdirilməsi kimi sistematik vandalizmsiyasətinə məruz qalmasının beynəlxalq cinayət kimiqiymətləndirilməsi və bununla bağlı zəruri addımlar atılması;

6. Ermənistan hökumətindən azərbaycanlılara qarşı irqi,etnik-dini zəmində nifrət və ayrı-seçkiliyi təşviq edən əməllərdənçəkinmələri və xüsusilə də bu fəaliyyətə uşaqların cəlb olunmasınayol verilməsinin qarşısının alınmasının tələb edilməsi;

7. Azərbaycanlılara qarşı nifrəti təbliğ edən və gənc nəslinformalaşdırılmasında istifadə olunan ədəbiyyatların qadağanedilməsi;

8. Dövlət nümayəndələrinin və siyasi xadimlərin azərbaycanlılaravə Azərbaycana qarşı nifrət zəminində çıxışlarına sonverilməsi.

Səbinə Əliyeva beynəlxalq insan hüquqları təşkilatları, xariciölkələrin ombudsmanları və milli insan hüquqları təsisatları,bütövlükdə isə dünya ictimaiyyətinin bu məsələyə ciddi yanaşacağıvə Azərbaycanın ərazilərində törədilən cinayətlərin ədalətlişəkildə araşdırılması, həmçinin azərbaycanlıların hüquqlarınınbərpasına öz dəstəyini əsirgəməyəcəklərinə ümid etdiyinibildirib.

Избранный
4
16
az.trend.az

10Источники