RU

Fransada sabitlik yenə alt-üst oldu: Müxalifətdən növbəti etimadsızlıq təşəbbüsü

Fransada müxalifət keçən ay vəzifəsinin icrasına başlayan baş nazir Fransua Bayru hökumətinə qarşı Milli Assambleyaya etimadsızlıq təşəbbüsü təqdim edib.

Publika.az xəbər verir ki, bu barədə yerli mətbuatda bildirilib.

Məlumata görə, etimadsızlıq təşəbbüsünü ifrat solçu “Yalmaz Fransa” (LFI) partiyası təqdim edib.

LFI Qrupunun sədr müavini Mathilde Panot verdiyi açıqlamada Bayrunun 2025-ci il büdcə layihəsinin sağ mərkəzçi keçmiş baş nazir Mişel Barnierin layihəsindən daha pis olacağını deyib.

Panot iddia edib ki, hazırkı hökumətə qarşı təqdim etdikləri etimadsızlıq təşəbbüsü ilə onlar fransız xalqını dövlət xidmətlərini məhv edən siyasətdən qoruyurlar.

Избранный
5
publika.az

1Источники