RU

Qripə yoluxma bu tarixdə kəskin artacaq

Ötən həftə təxminən 140000 tayvanlı qripə yoluxduğuna görə xəstəxanalara müraciət edib ki, bu da son 10 ilin eyni dövründəki ən yüksək rəqəmdir. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə adanın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) məlumat yayıb:

“Keçən həftə qripə bənzər xəstəliklərlə xəstəxanaya müraciət edənlərin sayı 139 613 nəfərə yüksəlib ki, bu da son on ilin eyni dövrü üçün ən yüksək göstəricidir.  49 ciddi durum və qripdən 10 ölüm  var".

Adada dominant ştam H1N1 (donuz qripi) olaraq qalır. Tayvanda cari qrip mövsümü 2024-cü il oktyabrın 1-də başlayıb və o vaxtdan bəri 461 ciddi fəsad, həmçinin 101 ölüm hadisəsi qeydə alınıb. Həkimlər sakinləri tez bir zamanda qripə qarşı peyvənd almağa çağırır.

Tayvanlı həkimlər epidemiyanın bu il yanvarın 29-na təsadüf edən Çin Ay Yeni ili ətrafında zirvəyə çatacağını gözləyirlər. Tayvanda bayram mərasimləri yanvarın 31-dək davam edəcək. CDC təxmin edir ki, bayram həftəsində ən azı 150 000 adam qripə yoluxa bilər.

Избранный
9
1
cebheinfo.az

2Источники