RU

Hüseynbala Mirələmovun səhhəti pisləşib

Azərbaycan Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun səhhətində problem yaranıb.

News365.az-ın məlumatına görə, deputat Mərkəzi Klinik Xəstəxanasında müalicə olunur.

Beyindaxili təzyiqdən əziyyət çəkən deputat iki gün əvvəl ağır vəziyyətdə klinikanın reanimasiya şöbəsinə yerləşdirilib.

Yaxınlarının verdiyi məlumata görə, vəziyyəti orta stabildir.

Избранный
2
news365.az

1Источники