RU

İrakli Kobaxidzenin BƏƏ-yə səfəri ləğv edildi – KİV

Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri ləğv edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli “Formula” telekanalı məlumat yayıb.

Məlumata əsasən, səfər BƏƏ tərəfindən ləğv olunub. Buna səbəbin “Gürcü Arzusu” partiyasının deputatlarının iştirakı ilə Əbu-Dabidə baş vermiş insidentin olduğu bildirilir.

Telekanal məlumatla bağlı Gürcüstanın hökumət administrasiyası ilə əlaqə saxlasa da, hələ şərh verilməyib.

Xatırladaq ki, yanvarın 13-də BƏƏ-nin paytaxtı Əbu-Dabidə hakim partiyanın deputatları İrakli Zarkua, Viktor Sanikidze və Gürcüstan vətəndaşı Laşa Qabitaşvili arasında fiziki qarşıdurma baş verib. Yerli hüquq-mühafizə orqanları faktla bağlı istintaq aparırlar, insidentdə iştirak edən şəxslər dindirilir.


Müəllif: Cəmilə Babayeva
Избранный
1
teleqraf.com

1Источники