Astana, 15 yanvar, AZƏRTAC
Qazaxıstanda “Gələcəyin oyunları” turnirinə hazırlıqla bağlı Direktorluq yaradılıb.
AZƏRTAC Qazaxıstanın Turizm və İdman Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, yeni qurumun əsas vəzifəsi 2026-cı ildə Astanada “Gələcəyin oyunları” adlı böyük beynəlxalq idman tədbirinin təşkili və keçirilməsidir.
Xatırladaq ki, ötən il oktyabrın 13-də Dubay şəhərində (BƏƏ) keçirilən rəsmi mərasimdə Qazaxıstan ənənəvi idman növləri və kiberidmanı birləşdirən unikal turnirin - “Phygital Games of the Future 2026” yarışlarının keçirilməsi məkanı kimi seçilib.
Qazaxıstan bu turnirə ev sahibliyi etmək üçün yarışda Peru və Çilini geridə qoyaraq 2026-cı ildə “Gələcəyin oyunları” turnirinə ev sahibliyi etmək hüququ qazanıb.
AZƏRTAC-ın xüsusi müxbiri
Astana