RU

Ballıcaya köçən sakin: Vətənə dönməyin sevincini sözlə ifadə etmək çətindir

"Sevincimizin hüdudu yoxdur. Vətənə dönməyin sevincini, bu hissi sözlə ifadə etmək çətindir”.

APA xəbər verir ki, bu sözləri Xocalının Ballıca kəndinə köçən keçmiş məcburi köçkün Salman Abışov deyib.

Ailə üzvləri ilə Ballıcaya köçən S.Abışov qayıdışın keçmiş məcburi köçkünlərin həyatında böyük əlamətdar hadisə olduğu diqqətə çatdırıb: “Ümid edirəm ki, bütün keçmiş məcburi köçkünlərə bu xoşbəxtlik nəsib olar. Allah şəhidlərimizə rəhmət eləsin. Allah Prezidentimizi, millətimizi, Ordumuzu qorusun. Ali Baş Komandana təşəkkür edirik".

Qeyd edək ki, bu gün Şuşa və Xocalı şəhərlərinə və Xocalının Ballıca kəndinə növbəti köç karvanı yola salınıb. Şuşa, Xocalı şəhərlərinə və Xocalının Ballıca kəndinə 28 ailə (135 nəfər) köçürülür.

Şuşa şəhərinə köçürülən 2 ailə (8 nəfər), Xocalı şəhərinə 6 ailə (25 nəfər), Xocalı rayonunun Ballıca kəndinə - 20 ailə (102 nəfər) əsasən Bakı, Sumqayıt, Gəncə şəhərləri, eləcə də respublikanın müxtəlif rayonlarında müvvəqəti məskunlaşan şəxslərdir.

Qeyd edək ki, indiyədək Şuşa şəhərinə 371 ailə (1396 nəfər), Xocalı şəhərinə 52 ailə (204 nəfər), Xocalı rayonunun Ballıca kəndinə isə 68 ailə (373 nəfər) köçürülüb.

Избранный
2
26
apa.az

10Источники