Türkiyə kəşfiyyatı (MİT) İraqda daha bir məşhur terrorçunu zərərsizləşdirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, MİT terror təşkilatı PKK-nın İran qolu YRK-nın qurucuları arasında yer alan, kod adı "Amed Serhed" adlı məsul şəxsi və onun Süleymaniyyədəki mühafizəçisini PUA zərbəsiylə məhv edib.
Məlumatda deyilir ki, əməliyyat İraqda baş tutub: "Kəşfiyyat şəbəkəsi sayəsində "Amed Serhed" kod adlı iranlı terrorçunun Süleymaniyənin Pəncavin bölgəsindəki yeri müəyyən olunub və dəqiq zərbə ilə o və iranlı mühafizəçisi "Şivan Çiya" kod adlı Akam Şahen zərərsizləşdirilib".
Firudin Səfərli
MİA.AZ