RU

Ararat Mirzoyan: “Ermənistan İŞİD-ə qarşı koalisiyaya qoşulacaq”

Ermənistan ABŞ-la  sıx əməkdaşlığı davam etdirməyə sadiqdir.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib: “Biz ABŞ-nin  Ermənistanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə verdiyi daimi dəstəyi yüksək qiymətləndiririk”. Mirzoyan bunu Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın imzalanması mərasimində deyib. O, Ermənistanın İŞİD-ə  qarşı koalisiyaya qoşulacağını da açıqlayıb.”Ermənistan beynəlxalq terrorizmlə mübarizəyə sadiqdir. Eyni zamanda biz Qlobal Koalisiyaya qoşulmaq niyyətindəyik. Hesab edirik ki, bu təhlükənin aradan qaldırılmasında birgə fəaliyyət vacibdir”.

Vəli Həsənoğlu,

KONKRET.az

Избранный
4
konkret.az

1Источники