RU

21 yaşlı qız kəskin ağciyər çatışmazlığından öldü

Azərbaycanda daha bir nəfər kəskin ağciyər çatışmazlığı ilə yerləşdirildiyi xəstəxanada vəfat edib.

Oxu24.com xəbər verir ki, Saatlı şəhər sakini 2004-cü il təvəllüdlü Pərvanə Xəyal qızı Həvəskari yanvarın 13-ü kəskin ağciyər çatışmazlığı diaqnozu ilə xəstəxanaya aparılıb.

Tibbi yardıma baxmayaraq, o, yanvarın 14-ü vəfat edib.

Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, son günlər dünyada və ölkəmizdə kəskin virusun yayılması barədə məlumatlar paylaşılır.

Избранный
1
12
oxu24.com

10Источники