RU

Ağ ev: Kubanın terrorizmi dəstəklədiyinə dair heç bir sübut yoxdur

Bakı, 15 yanvar, AZƏRTAC

Cozef Bayden administrasiyası siyasi məhbusların və haqsız həbs olunan digər şəxslərin azad edilməsinə dair razılaşmanın bir hissəsi olaraq Kubanı terrorizmə sponsorluq edən dövlətlərin siyahısından çıxarır.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Baydenin Konqresə göndərdiyi bildirişdə deyilir.

Ağ evin yüksək vəzifəli rəsmiləri mətbuat konfransında bildiriblər ki, bu addım Kubanın hazırda beynəlxalq terrorizmi dəstəklədiyinə dair “heç bir etibarlı sübut” olmadığı üçün atılıb. Vaşinqton razılaşma çərçivəsində Donald Trampın yanvarın 20-də keçiriləcək andiçmə mərasiminədək Kubanın onlarla məhbusu azad edəcəyini gözləyir.

ABŞ Prezidenti, həmçinin 2017-ci ildə Tramp tərəfindən Kubaya qarşı tətbiq edilən sanksiyalar siyasətini aradan qaldıran milli təhlükəsizlik memorandumunu da imzalayıb. Beləliklə, Kubanın fiziki və hüquqi şəxslərinin ABŞ tərəfi ilə maliyyə əməliyyatları aparmasına qoyulan məhdudiyyətlər ləğv olunacaq.

Избранный
1
azertag.az

1Источники