RU

Türkiyə kəşfiyyatçıları İraqda PKK-nın iranəsilli "məsul şəxsini" öldürüb

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (Milli İstihbarat Teşkilatı - MİT) İraqın Süleymaniyyə şəhərində keçirdiyi əməliyyat nəticəsində PKK terror qruplaşmasının "Əhməd Sərhəd" kod adlı iranəsilli üzvünü öldürüb.

“Report” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, o, PKK-nın İrandakı qolu YRK-nın (Şərqi Kürdüstan Müdafiə Birlikləri) qurucusudur.

Məlumata görə, həmin terrorçunun mühafizəçisi iranlı "Şivan Çiya" kod adlı Akam Şahenin bir müddət İran və Hakkaridə fəaliyyət göstərdiyi müəyyən edilib. Türkiyə silahlı qüvvələrinin ölkə daxilində PKK qruplaşmasına qarşı antiterror əməliyyatları nəticəsində o, İraqa qaçıb. Qruplaşma tərəfindən ona Süleymaniyyədə “vəzifə” verildiyi məlum olub.

MİT-in nöqtə əməliyyatı ilə həmin terrorçu da məhv edilib.

Избранный
5
report.az

1Источники