“Bank VTB (Azərbaycan)” ASC 2024-cü ili 9 milyon 538 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin eyni dövründə bank 10 milyon 608 min manat mənfəət etmişdir.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Bank VTB (Azərbaycan)”ın cəmi gəlirləri 47 milyon 402 min manat (əvvəlki ilə nisbətən 35.5% çox), cəmi xərcləri 38 milyon 337 min manat təşkil edib.