RU

Baykardan daha bir ilk: peyk kosmosa buraxıldı - Video

Türkiyənin "Fergani Space" şirkətinə məxsus ilk peyki "FGN-100-d1" SpaceX-in raketi ilə ABŞ-dəki Vandenberq bazasından kosmosa göndərilib.

Azreform.info xəbər verir ki, bununla bağlı Baykar İdarə Heyətinin sədri Səlcuq Bayraktar paylaşım edib.

Türkiyə Kosmik Agentliyinin (TUA) bununla bağlı etdiyi paylaşımda Türkiyənin kosmos ekosistemində ciddi yer aldığı və kosmik sahədə yeni bir dövrün başlandığı qeyd olunub:

"Fergani Space" SpaceX-in Falcon 9 raketi ilə FGN-100-d1 adlı ilk peykini kosmosa göndərərək Small-GEO kateqoriyasında yeni bir dövrə başladı. Rabitə və geolokasiya sahəsində qlobal əhatəni təmin edəcək peyk Plan-S yenidir. Türkiyənin kosmos sahəsindəki bu addımları Milli Texnologiya Hərəkatının gücünü bir daha sübut edir".

Mürtəza
Azreform.info

Избранный
3
1
azreform.info

2Источники