RU

Əsədin qarajından sərvət tapıldı - Ferrari, Lamborghini, Aston Martin, Bentley...

Suriyanın devrilmiş lideri Bəşər Əsədin dayanacağında Ferrari F50, Lamborghini Murcielago, Aston Martin, Bentley və Cadillac markalı avtomobilləri tapılıb. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Əsəd ailəsinin qarajında ​​təsbit edilən avtomobillərdən biri olan Ferrari F50 məhdud istehsalı və marka dəyəri ilə iş adamlarının və kolleksiyaçıların diqqətini çəkən avtomobil kimi tanınır.

Ferrari brendinin ən bahalı modellərindən biri kimi tanınan F50-nin bazar dəyəri təxminən 3 milyon dollardır. Saraydakı lüks avtomobillər arasında yer alan Ferrari F12 Berlinetta-nın dəyərinin təxminən 2 milyon dollar olduğu göstərilir.

Dayanacaqdakı lüks avtomobillər arasında İtalyan avtomobil istehsalçısı Lamborghini-nin Murcielago modeli məhdud sayda istehsal edilən və astronomik qiymətlərə alıcı tapan idman avtomobil modelləri arasındadır.
 
Kolleksiyaçıların və avtomobil həvəskarlarının sevimlisi olan Murcielago modellərinin orta satış qiyməti təxminən bir milyon dollara çata bilər.

Əsəd ailəsinin sahib olduğu ən diqqətçəkən maşınlardan biri də lüks Aston Martin markalı avtomobil olub. İngilis avtomobil istehsalçısı Aston Martin markalı avtomobillərin qiymətləri model və xüsusiyyətlərinə görə 1 milyon 500 min dollara qədər çıxa bilir. Britaniyanın lüks avtomobil istehsalçısı Bentley markalı avtomobillər də Əsəd ailəsinin qarajında ​​olduğu halda, bu markanın ən təvazökar modelləri belə təxminən 320 min dollara satışa çıxarılır.

Dayanacaqda nümayiş etdirilən dəbdəbəli avtomobillərdən biri olan Alman avtomobil şirkəti Mercedes-in AMG G 63 SUV modelinin siyahı qiyməti 186 min dollardır.

SUV konseptində istehsal edilən lüks Escalade-nin satış qiyməti 170 min dollara qədər qalxa bilər.
 
Qeyd edək ki, bir müddət öncə Suriyada çevriliş olubvə Bəşər Əsəd və həyat yoldaşı Əsma Əsəd ölkədən Rusiyaya qaçıb.

Mikayıl
Избранный
6
1
azxeber.com

3Источники