RU

Qəzaya uğrayan AZAL-a məxsus təyyarənin "qara qutu"ları Qazaxıstana gətirilib

AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin "qara qutu"ları Braziliyadan Qazaxıstana gətirilib və rəy vermək üçün səlahiyyətli komissiyaya təhvil verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğu məlumat yayıb.

Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları”nın J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

İlkin məlumata görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Prezident İlham Əliyev dekabrın 29-da AzTV-yə müsahibəsində bəyan edib ki, Azərbaycan insidentlə əlaqədar 3 şərt irəli sürüb: Rusiya tərəfi üzr istəməli, öz günahını etiraf etməli, eləcə də günahkarları cinayət məsuliyyətinə cəlb etməli, Azərbaycana, zərərçəkən sərnişinlərə və ekipaj üzvlərinə təzminat ödəməlidir.

Избранный
8
operativmm.az

1Источники