RU

Naxçıvanda kommersiya qurumlarının 83 faizi elektron qaydada qeydiyyata alınıb

Naxçıvan, 15 yanvar, AZƏRTAC

2024-cü il ərzində Naxçıvan Muxtar Respublikasında 6682 yeni vergi ödəyicisi qeydiyyata alınıb.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, onların 6386-sı fiziki şəxslər, 296-sı isə hüquqi şəxslər və digər təşkilatlar olub. Qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2023-cü illə müqayisədə 6,7 faiz artıb. Ötən il kommersiya qurumlarının 83 faizi elektron qaydada, 17 faizi isə kağız daşıyıcısında müraciətlər əsasında qeydiyyata alınıb.

 

Избранный
1
1
azertag.az

2Источники