RU

Bahalaşan və ucuzlaşan məhsullar - Siyahı

AzVision.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki ilin eyni ayına nisbətən 104,9 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 105,5 %, qeyri-qida məhsulları üzrə 102,4 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 106,3 % olub.

Ötən ay istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101 % təşkil edib. O cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102 % təşkil edib.

Dekabrda ayrı-ayrı qida məhsullarından daha çox artım uzun və yumru düyünün, mal-qoyun ətinin, balıq və balıq məhsullarının, südün, qatığın, şorun, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, almanın, heyvanın, narın, üzümün, qozun, fındığın, şabalıdın, göyərtinin, pomidorun, xiyarın, şirin bibərin, sarımsağın, soğanın, kartofun, qara və yaşıl çayın, azalma isə qarabaşaq yarmasının, limonun, portağalın, naringinin, süfrə çuğundurunun, yerkökünün qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ay qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 % olub. Qeyri-qida mallarından artım məişət cihazlarının və şəxsi gigiyena məmulatlarının, azalma isə kəsilmiş taxtanın, ortopedik döşəklərin, fərdi kompüter və noutbukların qiymətlərində müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Dekabrda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi isə noyabra nisbətən 100,3 % təşkil edib. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən artım əsasən stomatoloji xidmətlərin, restoran və kafelər tərəfindən göstərilən iaşə xidmətlərinin, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

AzVision.az

Избранный
7
8
azvision.az

5Источники