RU

TRAMPIN PUÇ ÇIXAN “24 SAAT” VƏDİ... - Müharibənin tezliklə bitməsi ABŞ-nin maraqlarına uyğundurmu?

Hələ ABŞ-dəki prezident seçkisindən əvvəl Ukraynadakı münaqişəni 24 saata bitirəcəyinə vəd verən Donald Trampın bu açıqlmaları əksər ciddi ekspertlər tərəfindən qeyri-cidddi qarşılanırdı. Hadisələrin gedişi onların haqlı olduğunu göstərir…

Tramp müharibəni hətta Ağ Evə qədəm qoymamış dayandıracağını vəd etmişdi. Lakin onun seçildiyi məlum olandan sonra bu vəd bir növ ikinci plana keçdi. Daha sonra bu məsələnin onun rəsmən öz vəzifəsinin icrasına başlamasından dərhal sonra gündəmə gətiriləcəyi bildirildi. İndi isə bu perspektiv də sual altına alınıb və Trampın özünün, eləcə də köməkçilərinin dediklərindən belə çıxır ki, nəinki münaqişənin dayandırılması, hətta Kremllə birbaşa danışıqların başlanması belə yaxşı halda, yalnız qarşıdakı 6 ay müddətində mümkün ola bilər. Yəni, məsələ uzandıqca uzanır…

Trampın həmin vədinə ən məntqili cavabı elə Ukrayna Prezidenti Volodimir Zelenski hələ seçkidən əvvəl vermişdi. Zelenski xatırlatmışdı ki, Rusiya-Ukrayna münaqişəsi hələ Trampın birinci prezidentliyi dövründə də mövcud idi. Krım işğal altında idi, Donbasda Rusiya işğalı indiki qədər olmasa da davam edirdi və s. Lakin Tramp bu məsələdə hər hansı ciddi addım atmamışdı və əksinə, bu işğalın başında dayanan Putinlə yaxşı münasibətlərə malik idi…

Избранный
13
azpolitika.info

1Источники