Azərbaycanda dini qurumlara maliyyə yardımı ayrılıb.
7Times.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Maliyyə yardımın ayrılmasında məqsəd ölkədə mövcud dini konfessiyaların fəaliyyətini dəstəkləmək, habelə dinlərarası həmrəyliyin daha da inkişaf etdirilməsi, dini maarifləndirmə işinin müasir tələblərə uyğun şəkildə qurulması və mütərəqqi mənəvi-əxlaqi dəyərlərin təbliği sahəsində fəaliyyətin gücləndirilməsidir.
Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan aşağıdakı dini qurumlara maliyyə yardımı ayrılıb:
– Qafqaz Müsəlmanları İdarəsinə – 3 milyon manat
– Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna – 350 min manat
– Bakı şəhəri Dağ yəhudiləri dini icmasına – 350 min manat
– Avropa yəhudilərinin Bakı dini icmasına – 350 min manat
– Sefarad yəhudilərinin Bakı dini icmasına – 350 min manat
– Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna – 350 min manat
– Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına – 350 min manat
Digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna – 350 min manat.