Bakı. Trend:
Ötən il Naxçıvan Muxtar Respublikasında orta aylıq nominaləməkhaqqı 772,6 manat təşkil edib.
Bu barədə Trend-ə Naxçıvanın Dövlət Statistika Komitəsindənməlumat verilib.
Bildirilib ki, bu, 2023-cü illə müqayisədə 13,8% çoxdur.
Eyni zamanda, ötən il Naxçıvan Muxtar Respublikasındakıbanklarda 24,4 milyon manat əmanət olub.
Məlumata görə, bu, 2023-cü ilə müqayisədə 51,1% çoxdur.
Qeyd olunub ki, əmanətlərin 94,9%-i milli, 5,1%-i xaricivalyutada qoyulub, son 1 ildə milli valyutada olan əmanətlərinməbləği 51,8%, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə39,1% artıb.