RU

Keyt Middltonun səhhəti necədir? - Özü açıqladı - FOTO

Uels şahzadəsi Keyt Middlton xərçəng xəstəliyinin remissiya mərhələsində olduğunu açıqlayıb.

Milli.Az xəbər verir ki, o, bu barədə instaqram hesabında bildirib.

43 yaşlı şahzadə X-də etdiyi şərhdə yeniləməni paylaşaraq "İndi remissiyada olmaq bir rahatlamadır və mən sağalmağa diqqət edirəm.Xərçəng diaqnozu ilə qarşılaşan hər kəsin bildiyi kimi, yeni normala uyğunlaşmaq üçün vaxt lazımdır. Bununla belə, mən qarşıdan gələn dolu bir il gözləyirəm" deyə o, bildirib. 

"Gözlənəcək çox şey var. Davamlı dəstəyiniz üçün hər kəsə təşəkkür edirəm".

Xatırladaq ki, ötən ilin martın 22-si Keyt Middlton kimyaterapiya aldığını açıqlayıb. Şahzadə bildirib ki, onda xərçəng qarın əməliyyatından sonra edilən testlər zamanı aşkarlanıb.

Uzun müddət ictimaiyyət arasında görünməyən Middletonla bağlı müxtəlif şayiələr yayılmışdı, hətta onun öldüyü deyilirdi. O, həyat yoldaşı şahzadə Uilyamla birlikdə görüntüləndikdən sonra şayiələrə son qoyulmuşdu.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
6
milli.az

1Источники