Tbilisi, 15 yanvar, AZƏRTAC
Yanvarın 15-də Tbilisi-Bakursixe-Laqodexi beynəlxalq avtomobil magistralında yük maşını və 4 minik avtomobilinin iştirakı ilə qəza baş verib.
AZƏRTAC xəbər verir ki, qəza nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb.
Toqquşma nəticəsində yük maşını aşaraq avtomobillərin üzərinə düşüb. Məlumatına görə, qəzaya səbəb yük maşını sürücüsünün idarəetməni itirməsi olub.
Hadisə ilə əlaqədar magistralda avtomobillərin hərəkəti müvəqqəti dayandırılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi