RU

Serenay gülərək girdiyi binadan ağlayaraq çıxdı

Xəbər verdiyimiz kimi, menecer Ayşe Barımla bağlı sosial şəbəkələrdə yayılan iddialarla bağlı aparılan istintaq çərçivəsində aktrisa Serenay Sarıkaya Baş Prokurorluğa çağırılıb.

OLAY Türkiyə mediasına istinadən yazır ki, Çağlayandakı İstanbul Ədliyyəsində məşhur menecer Ayşe Barım barəsində başladılan istintaq çərçivəsində aktrisa Serenay Sarıkaya şahid qismində ifadə verib.

Ədliyyə binasının girişində jurnalistlərin suallarını cavablandıran Sarıkaya "5 milyon dollar aldığınız doğrudurmu?" sualına gülümsəyərək reaksiya verib.

İfadə verdikdən sonra mətbuata açıqlama verən Sarıkaya bunları söyləyib: “Hər şey qaydasındadır, heç bir problem yoxdur, Allaha şükür. Haqqımızda yazılanlar yalan və böhtanlar. Mənim ifadəm tamamilə əsassız olan yalan iddialara son qoymaq üçün alınıb. İfadəmi verdim, heç bir problemim yoxdur. Mənə qarşı yönəlmiş bu ittihamlar və böhtanlarla bağlı da məhkəmə prosesi başlayacaq.

Hazırda araşdırmalar getdiyindən əlavə bir deyə bilmərəm. Mən bura qədər dişlərim və dırnaqlarımla gəlmişəm, bu, gözdən salmaq cəhdidir, amma problem deyil. Bu işlər belə olmaz. Həqiqət onsuz da çox aydındır. Ona görə də ifadəmizi verdik və gedirik. Prosesə baxacağıq, təşəkkür edirəm”.

,

Избранный
7
olay.az

1Источники