11-22 noyabr tarixlərində Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak edən könüllülərə təşəkkürnamələr təqdim edilib. OP29 könüllülərinə pul mükafatı da ayrılıb.Sözügedən məsələ ilə bağlı artıq könüllülərə məlumat verilib. Mükafatın məbləği açıqlanmayıb. "Unikal" bildirib ki, mükafatın məbləği 1500 manatdır.Bildirilib ki, ölkəmiz üçün önəmli olan bu tədbirdə könüllülərin fəaliyyəti fərqlənib və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi (UNFCCC), iştirak edən bütün ölkələrin nümayəndə heyətləri, eləcə də ölkə əhalisi tərəfindən rəğbətlə qarşılanıb."İndiyə qədərki COP-larla müqayisədə həm say çoxluğuna, həm də saysız uğurlarına görə COP29 könüllülərinin fəaliyyəti ilə bağlı hələ də müsbət rəylər almaqdayıq. Tədbirimizin uğurla təşkil edilməsində Siz könüllülərin verdiyi töhfə təqdirəlayiq idi. Bütün bunları nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə tədbirin uğurlu təşkil olunmasında iştirak edən hər bir könüllüyə Təşəkkürnamə və pul mükafatı ayrılıb", - məlumatda deyilir.Məlumatda qeyd olunub ki, təşəkkürnamələrini 08-14 yanvar tarixində COP29-dan əldə edən könüllülər "Kapital Bank" ASC-nin istənilən filialına şəxsiyyət vəsiqəsi ilə yaxınlaşaraq mükafatlarını əldə edə biləcəklər.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта