RU

İstanbul-Moskva reysi texniki səbəblərdən ləğv edilib

Yanvarın 15-nə planlaşdırılan İstanbul-Moskva reysi texniki səbəblərdən ləğv edilib.

“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-i "Aeroflot" şirkətinin məlumatına istinadən xəbər verir.

"Biletlər bu gün daha tutumlu “Boeing 777” tipli təyyarə ilə həyata keçiriləcək SU2131 reysinə yenidən bron ediləcək", - məlumatda qeyd olunub.

Aviadaşıyıcı bildirib ki, federal aviasiya qaydalarına və daxili standartlara uyğun olaraq sərnişinlər müvəqqəti olaraq mehmanxanada yerləşdiriləcəklər.

Избранный
2
8
report.az

9Источники