“Gassal” filmi ilə ekranlara qayıdan türkiyəli aktyor Ahmet Kural yeni serialının çəkilişlərindən, obrazının hazırlıq proseslərindən danışıb.
“Qafqazinfo” “CNN Türk”ə istinadən xəbər verir ki, aktyor film çəkilişlərindən sonra artık doğrudan da ölü yuya biləcəyini açıqlayıb.
“Belə bir peşənin olduğunu bilirdim, amma peşənin detallarını, necə və niyə edildiyini bilmirdim. Ona görə də bu obraz məni daha da cəlb etdi. Əlbəttə ki, tüklərim biz-biz oldu, amma qorxmadım. Çünki ən əsası real ölümdür”, - aktyor qeyd edib.
“Əslində mən peşəyə yox, obrazın dünyasına diqqət etməyə çalışdım. Ona görə də bir mürdəşirlə uzun söhbətlər etdim. Ondan bu peşənin detallarını, yaxşı və pis tərəflərini, mənə maraqlı gələnləri soruşdum.
Dinləyərkən çox təsirləndiyim, kədərləndiyim anlar oldu. İnternetdə xeyli araşdırma apardım, videolara baxdım. Aktyor hər rolu oynamağı bacarmalıdır. Bu işin bütün detallarını öyrəndim və artıq həqiqətən bir ölü yuya bilərəm”, - A.Kural bildirib.