Rusiya Federasiyasının səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Onun XİN-ə çağırılmasına səbəb Rusiyanın Ümumrusiya Dövlət Telekanalında 2025-ci il yanvarın 12-də “Həftənin xəbərləri” verilişinin efirində verilən açıqlamalarla bağlıdır.
“Veriliş zamanı Ermənistan Respublikasının suverenliyi və ərazi bütövlüyü əleyhinə süni şəkildə uydurulmuş rəvayətlər səsləndirilib. Görüşdə səfirə müvafiq etiraz notası verilib”, - deyə məlumatda bildirilir.