RU

"Kurtlar Vadisi" serialının yayımından 22 il ötür

Bu gün "Kurtlar Vadisi" serialının yayımından 22 il ötür.

Paralel.az -ın Milli.Az-a istinadən məlumatına görə serialın ilk seriyası 2003-cü ilin yanvar ayının 15-fə efirə gedib. İlk sezon 20 seriya davam edib və iyun ayında mövsüm finalına çıxıb.

"Kurtlar Vadisi" Türkiyənin ən məşhur televiziya seriallarından biridir. Serial siyasi, mafioz və cəmiyyətin dərin qatlarında baş verən hadisələri əks etdirən dramatik süjet xətti ilə diqqət çəkib. Osman Sınav tərəfindən yaradılan bu serial, illər boyu böyük tamaşaçı kütləsini özünə cəlb etmiş və Türk televiziya tarixində əfsanəvi yer tutub.

Serialın əsas süjet xətti, Polat Alemdar adlı gizli agentin, mafiyanın içinə sızaraq qanunsuz fəaliyyətləri ifşa etməyə çalışması ətrafında cərəyan edir. Necati Şaşmazın canlandırdığı Polat Alemdar xarakteri serialın mərkəzində dayanır və həm mübarizə, həm də ədalət axtarışı ilə yaddaşlarda qalır. Serialda kriminal qruplar, dövlət içindəki gizli qurumlar və beynəlxalq siyasi məsələlər ustalıqla işlənib.

"Kurtlar Vadisi" cəsarətli süjetləri və ictimai-siyasi mesajları ilə tanınıb. İlk hissələrində daha çox mafiya münasibətlərinə fokuslanan serial, sonrakı dövrlərdə daha geniş siyasi və beynəlxalq məsələləri də əhatə etməyə başladı. Bu çərçivədə "Kurtlar Vadisi Pusu" kimi fərqli adlarla davam edən layihələr də ərsəyə gəlmişdir.

Serial həm tənqidçilərdən, həm də tamaşaçılardan müxtəlif reaksiyalar almışdır. Bəziləri onun cəsur və real təsvirlərini yüksək qiymətləndirərkən, digərləri onun zorakılıq səhnələrini və bəzi süjet elementlərini mübahisəli hesab etmişdir. Buna baxmayaraq, serial Türkiyə və bir çox ölkədə izlənmə rekordları qırmışdır.

"Kurtlar Vadisi" ədəbi və populyar mədəniyyətə də təsir etmiş, geniş bir izləyici kütləsi arasında fenomenə çevrilmişdir.

Избранный
2
3
paralel.az

4Источники