RU

Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü və praqmatik siyasət nəticəsində ölkəmiz bir çox sahələr üzrə mühüm nailiyyətlər qazanmışdır. Dövlət başçısının uğurlu daxili və xarici siyasət strategiyası ölkəmizin dayanıqlı inkişafını, xalqın rifahının yüksəldilməsini və Azərbaycanın beynəlxalq nüfuzunun artmasını təmin etmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın mövcud siyasəti strateji islahatlar və modernləşmə istiqamətində qurulmuşdur. İqtisadi diversifikasiya, infrastruktur layihələri və sosial proqramların həyata keçirilməsi ölkənin dayanıqlı iqtisadi inkişafını təmin etmişdir. Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramları vasitəsilə bölgələrdə minlərlə yeni iş yerlərinin yaradılması, kənd təsərrüfatının dirçəldilməsi və urbanizasiya proseslərinin optimallaşdırılması tam təmin olunmuşdur. Xüsusilə, enerji sektorunda həyata keçirilən layihələr Azərbaycanın iqtisadi müstəqilliyini təmin etməklə yanaşı, digər sahələrin də inkişafına şərait yaratmışdır. Beynəlxalq enerji layihələri ölkə iqtisadiyyatına böyük gəlirlər gətirmiş, Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolunu artırmışdır.
Azərbaycan bir çox təşkilatlarla sədrlik və əməkdaşlıq edərək, qlobal səviyyədə dialoqun qurulmasına mühim töhfələr verib. Eyni zamanda, strateji tərəfdaşlıq və regional əməkdaşlıq layihələri ölkənin beynəlxalq nüfuzunu artırmışdır. Cənub Qaz Dəhlizi və Zəngəzur dəhlizinin reallaşma perspektivi Azərbaycanın nəqliyyat və logistika mərkəzinə çevrilməsi istiqamətində mühüm addımlar hesab olunur. Hazırda Azərbaycan təkcə regional deyil, qlobal miqyasda da güclü tərəfdaş kimi tanınır. Müstəqil siyasət, sabit daxili vəziyyət və regional liderlik Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırmışdır.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin 7 yanvar 2025-ci ildə yerli televiziya kanallarına verdiyi müsahibə ölkəmizin regionda və dünyada artan nüfuzunun daha bir göstəricisi sayıla bilər. Dövlət başçısı çıxışı zamanı ölkə iqtisadiyyatı, əhalinin sosial rifah göstəriciləri, daxili və xarici siyasət, eləcə də digər əhəmiyyətli mövzular haqqında  fikir bildirib. Müsahibədə qeyd olunub: “Keçən il Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir. İnkişaf templəri, bugünkü dünyanın mənzərəsinə nəzər salsaq, müsbət sayıla bilər. Yəni, ümumi daxili məhsul 4 faizdən çox artmışdır. Əslində, bizim üçün əsas göstərici qeyri-neft sektorunun inkişafıdır. Nəzərə alsaq ki, artıq uzun illər bizim iqtisadi inkişafla bağlı əsas hədəflərimizdən biri sənaye istehsalının artırılmasıdır, qeyri-neft sənaye sektorunda artım daha da yüksəkdir. Bu, 7 faizdən çoxdur. Yəni, əgər dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da ki, tənəzzülə nəzər salsaq, görərik ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib. Əlbəttə ki, bunun təməlində düşünülmüş siyasət dayanır.
     Keçən ilin büdcəsi rekord səviyyədə idi və bir çox sosial proqramlar icra edildi, o cümlədən Qarabağın bərpası ilə bağlı böyük vəsait səfərbər olundu. Buna baxmayaraq, biz optimallaşmanı elə təşkil etmişik ki, valyuta ehtiyatlarımız daha da artdı. Dünya ölkələrinin valyuta ehtiyatlarının hesablanması, əlbəttə ki, adambaşına düşən ehtiyatlara söykənməlidir və bu göstəriciyə görə Azərbaycan dünyada aparıcı ölkələrin sırasındadır.  Bu ilin büdcəsi rekord səviyyədədir. Büdcə xərcləri 41 milyard manatdan çoxdur. İcmal büdcə isə 48 milyard manatı ötüb. Yəni, Azərbaycan tarixində bu qədər böyük büdcə olmayıb. Bütün bu amilləri sadalayaraq bir daha göstərmək istəyirəm ki, biz yalnız daxili resurslar hesabına, şəffaflıq, idarəetmə və düzgün iqtisadi siyasət nəticəsində bu nəticələrə çatmışıq. Bu il yanvarın birindən minimum əməkhaqqı 55 manat artıb və 400 manata çatıb. Minimum pensiya 40 manat artıb və 320 manata çatıb. Orta hesabla artım 14-15 faizdir. Bu qədər böyük sərmayə qoyan və Qarabağın bərpası kimi qarşımızda bu qədər böyük problemi olan ölkədə bu sahəyə də bu diqqəti yetirmək, əlbəttə ki, bizim siyasətimizin, necə deyərlər, mahiyyətini göstərir. Yəni, Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar. Bundan sonra da sosial və iqtisadi inkişaf yanbayan gedəcək. İqtisadi imkanlar artdıqca biz daim sosial məsələlərin həllinə - minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də daim diqqət göstərəcəyik.
Azərbaycanın D-8 təşkilatına qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir.  Bu təşkilat 30 ilə yaxın bundan əvvəl yaranmışdı, Türkiyənin təşəbbüsü ilə və səkkiz ölkədən ibarət idi. Bu illər ərzində əlavə üzv qəbul edilməmişdi. Birinci genişlənmə qərarından sonra qəbul edilən üzv Azərbaycan oldu. D-8 müsəlman ölkələrini birləşdirən ən böyük təşkilatdır. Bir milyarddan çox əhalisi olan və müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizini təşkil edən bir təşkilatdır.

Ağaverdi Əliverdiyev
YAP Qusar rayon təşkilatının əməkdaşı



Избранный
2
aia.az

1Источники