RU

Ötən il retranslyasiya xidmətinin doqquz operatorunun hər biri 5 min manat cərimələnib

Ötən il retranslyasiya xidmətinin doqquz operatorunun hər birisi 5 min manat cərimələnib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Audiovizual Şuranın 2024-cü il üzrə ümumi hesabatında məsələ yer alıb.

2024-cü ilin yay ayları ərzində Audiovizual Şuranın mütəxəssisləri Azərabycanda xarici televiziya kanallarının retranslyasiya hüquq sahiblərini araşdırmış, onlarla bir sıra görüşlər keçirmiş, retranslyasiya hüququ olan xarici televiziya kanallarının siyahısını müyyən etmişlər. Bundan sonra Audiovizual Şura həmin xarici kanalların siyahısını multipleks və platforma operatorlarına göndərmiş, xarici kanalların retranslyasiyası üzrə müvafiq müqavilələrin bağlanmasını və yalnız icazəli kanalların retranslyasiya paketlərinə daxil edilməsini xahiş etmişdir. Bu məqsədlə operatorların məsul şəxsləri ilə görüşlər keçirilmiş, bu sahədə qanunvericiliyin tələblərinə riayət edilməsinin vacibliyi vurğulanmış, sentyabr ayında bütün operatorlara xəbərdarlıq məktubu ünvanlanmışdır.

Oktyabr ayından başlayaraq bu istiqamətdə qanunvericiliyin tələblərinə əməl olunmasının təmin edilməsi məqsədilə monitorinqlərə başlanılmışdır. Monitorinqlər nəticəsində ilin sonuna kimi 11 operatora "Media haqqında" Qanunun 32.4-cü və 34.5-ci maddələrinin tələblərini, 1 operatora isə "Media haqqında" Qanunun 32.7-ci maddəsinin tələblərini yerinə yetirmədiyinə görə ümumi olaraq 12 inzibati cərimənin tətbiq olunması ilə bağlı protokol tərtib olunaraq müvafiq məhkəmələrə göndərilmişdir. İlin sonuna kimi olan vəziyyətə görə müvafiq məhkəmə qərarları ilə 9 operator hərəsi 5000 manat məbləğində cərimələnmişdir.

Audiovizual Şuranın bu istiqamətdə monitorinqləri və təqdim olunan retranslyasiya xidmətləri ilə bağlı qanunvericilik tələblərinə riayət etməyən operatorlara qarşı inzibati tədbirlər davam edir.

Bununla yanaşı, Audiovizual Şura müvafiq lisenziya almadan qanunsuz operatorluq fəaliyyəti həyata keçirən subyektlərə, internet resurslara, sosial şəbəkə hesablarına qarşı da mübarizəni davam etdirir. Bu istiqamətdə Dövlət Vergi Xidməti, Daxili İşlər Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti ilə müvafiq koordinasiyalı fəaliyyət həyata keçirilir.

Избранный
1
7
bakivaxti.az

8Источники