PKK-nın İran strukturunun liderlərindən biri zərərsizləşdirilib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilir ki, Türkiyə kəşfiyyat xidməti MİT-in Şimali İraqda həyata keçirdiyi məqsədyönlü əməliyyat nəticəsində kürd hərbi-siyasi təşkilatı PKK-nın İran strukturunun liderlərindən biri Amed Serhad zərərsizləşdirilib.
Öldürülən yaraqlının bir müddət İranda fəaliyyət göstərdiyi qeyd edilir.
Xuraman Etibarlı
İnterpress.az