RU

Dünya İqtisadi Forumu bu il üçün ilkin hesabatını açıqladı

Dünya İqtisadi Forumunun (WEF) hər il Davosda keçirilən İllik Toplantıları öncəsi hazırladığı Qlobal Risklər Hesabatı dərc olunub.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hesabatda dünyanın müxtəlif yerlərindən olan 900-dən çox ekspert və siyasətçilərlə uzun və qısamüddətli qlobal risklər barəsində sorğu keçirilib.

Sorğunun nəticəsinə görə, respondentlərin 23 faizi dövlət əsaslı silahlı münaqişələrin bu il ən böyük qlobal təhlükə hesab edilib.

Təbii fəlakətlər, sosial qütbləşmə, kiberhücumlar və müharibə də növbəti iki il üçün ilk onluqda yer alıb.

Növbəti 10 il üçün isə ekoloji böhranlar birinci yerdədir.

Respondentlərin demək olar ki, üçdə ikisi 2035-ci ilə qədər, xüsusən də artan ekoloji, texnoloji və sosial problemlərin dayanmadan artacağını proqnozlaşdırır.
 
Cəmalə
Избранный
2
azxeber.com

1Источники