Avqustun 17-dən etibarən həftənin sonuna qədər Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, temperaturun 3-4 dərəcə azalacağı gözlənilir.
Şimal küləyi əsəcək, bu, istinin azalmasına səbəb olacaq. Cümə günü havanın temperaturu gecə +22 +26, gündüz +31 +36 dərəcə təşkil edəcək.
Ölkə rayonlarında bəzi yerlərdə qısamüddətli yağışlar yağacağı, tufan olacağı gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildiriblər. -06D-