RU

Gürcüstanın keçmiş baş naziri Giorgi Qaxariya Batumidə döyülüb

Batumidə gecə saatlarında “Şeraton” otelində müxalifətin “Gürcüstan naminə” partiyasının lideri, keçmiş baş nazir Giorgi Qaxariya döyülüb.

Ambebinin sözlərinə görə , siyasətçi burnu sınmış vəziyyətdə huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hazırda ümumilikdə Qaxariyanın vəziyyəti stabildir və evə buraxılıb.

Partiya üzvü Natia Mezvrişvili bildirib ki, hücumların arxasında hakim “Gürcü arzusu” partiyası dayanır.

“Hamınızdan xahiş edirəm, nə qədər böyük səhv etdiyinizi bilmirsiniz… Gürcüstan Prokurorluğu 24 saat ərzində bütün hücum edənləri həbs edib dindirəcək!” – agentlik ondan sitat gətirir.

Bundan əvvəl Tbilisidə yeni seçkilərin keçirilməsi tələbi ilə etiraz aksiyası keçirilib.

DOĞRU.AZ

Избранный
4
dogru.az

1Источники