“Media haqqında” və “Reklam haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinin ilkin variantı hazırlanıb.
Bu barədə Audiovizual Şuranın 2024-cü il üzrə ümumi hesabatında qeyd olunub.
Hesabatda bildirilib ki, ilkin variant bir neçə dəfə müzakirə olunub.
Məlumata görə, layihələrin son versiyaları hazırlandıqdan sonra müvafiq dövlət qurumları ilə razılaşdırma proseduru həyata keçiriləcək.