İldə Azərbaycanda 1900 ton kibrit yandırılır. Müqayisəli analiz göstərir ki, idxal vergisi minimum 4 dəfə azaldılır.
Azərbaycan kibriti əsasən Belarusdan idxal edir. Belarusun Statistika Xidməti (http://www.belstat.gov.by/bgd/public_compilation/index_527/) gömrüyə istinad edib 2013-cü ildə Azərbaycana kibrti ixracının $232,2 min məbləğində artdığını bildidir. Belarus gömrüyünün məlumatına görə, ötən il Azərbaycan $2 mln 189,3 məbləğində 1174 ton kibrit idxal edib. Azərbaycan gömrüyü malı 1169,3 ton göstərib, qiymətini 11,8 dəfə azaldıb. Mal yerli gömrükdə $185,3 min məbləğində bəyan edilib.
Maraqlıdır ki, 2012-ci ildə Belarusdan Azərbaycana 1298 ton kibrit (Belarus Statistika Komitəsi – red.) ixrac edilib. Mal gömrükdə $365,7 min məbləğində sənədləşdirilib.
Bir qutu kibrit Azərbaycanda 5 ildir ki, dəyişməz qiymətə - 2 qəpikdir.
Bu malın Gürcüstan və Ermənistana idxalı barədə məlumatlara baxaq. 2013-cü ildə idxalçıların kibrit tədarükü xərcləri müvafiq olaraq $2 mln 29,7 min və $1 mln 55,6 min olub.
Qeyd edək ki, RF və başqa ölkələrdən də kibrit idxal edirik. 2013-cü ildə Azərbaycan gömrüyü 523 ton Rusiya kibritini $81,6 minə rəsmiləşdirib.
Bu ilin 9 ayında Azərbaycana rəsmi kibrit idxalı həcmi 1 232,8 ton ($337,2 min), o cümlədən Belarusdan 854,3 ton ($175,1 min), RF-dən 233,4 ton ($69,9 min) olub.--08B—