RU

Aİ diplomatik və rəsmi pasporta sahib Gürcüstan vətəndaşlarına vizasız rejimin dayandırılması prosesinə davam edir

Avropa İttifaqı diplomatik və rəsmi pasporta sahib Gürcüstan vətəndaşlarına vizasız rejimin dayandırılması prosesinə davam edir.

"Report" xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası bəyanat yayıb.

Bildirilib ki, Avropa İttifaqı Gürcüstan hakimiyyətinin gördüyü tədbirlərdən, o cümlədən xarici təsirin şəffaflığı haqqında qanunun, habelə Aİ-nin əsasını qoyduğu dəyər və prinsiplərə zidd olan digər qanunvericilik aktlarının qəbulu ilə bağlı ciddi narahatdır.

"Bu cür addımlar Gürcüstanın Avropa yolunu təhlükə altına alır və faktiki olaraq qoşulma prosesinin dayanmasına gətirib çıxarır. Gürcüstan hökumətinin ölkənin Aİ-yə qoşulma prosesini 2028-ci ilə qədər dayandırmaq barədə son qərarını təəssüflə qarşılayırıq".

Bəyanatda vurğulanıb ki, Avropa İttifaqı Gürcüstan xalqı və onların Avropa gələcəyi seçimi ilə həmrəydir:

"Aİ-yə qapı açıq olaraq qalır, Gürcüstanın Avropa dəyərlərinə və Aİ-yə qoşulma yoluna qayıdışı Gürcüstan rəhbərliyinin əlindədir. Gürcüstan hakimiyyətini artan polyarizasiyanın aradan qaldırılması üçün konkret addımlar atmağa və anti-Aİ ritorikası və dezinformasiya kimi siyasi gərginliyi daha da artıra biləcək hərəkətlərdən çəkinməyə çağırırıq".

Sonda bu bəyanata Albaniya, Andorra, İslandiya, Lixtenşteyn, Moldova Respublikası, Monako, Monteneqro, Şimali Makedoniya, Norveç, San-Marino, Ukrayna, Birləşmiş Krallıq kimi ölkələrin də qoşulduğu diqqətə çatdırılıb.

Избранный
1
16
report.az

10Источники